An Do Hyeon
An Do Hyeon
An Do Hyeon (Yeocheon, Koreya, 1961) Cənubi Koreyalı şair və universitet professorudur.
Həyatı
An Do Hyeon 1961-ci ildə Yeocheon, şimali Gyeongsang əyalətində anadan olmuşdur. Məktəbdə oxuyan zamanlar “Taedonggi Ədəbiyyat Cəmiyyəti” adlı kreativ yazıçılar klubuna daxil olmuşdur və orada Hong Sang-vu, Seo Jang-yun, Park Deok-gyu, Kwon Tae-hyeon, Ha Eung-baek, və Lee Jeong-ha kimi yazıçılar ilə tanış olmuşdur. Fərqli ölkə daxili yazıçılıq müsabiqələrindən və kreativ yazıçılıq yarışlarından, içində “Hakwon Ədəbiyyat Mükafatı” daxil olmaqla, bir sıra mükafatlar qazanmışdır. 1980-ci ildə Wonkwang Universitetinə Koreya ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Bununla birlikdə o, yazıçılar Park Gi-yong, Park Sang-bong və Jang Chung-il ilə birlikdə Daeguda nəşr olunan ədəbi ünsiyyət jurnalı Guksi-nin üzvü kimi fəal idi. O, ədəbi karyerasına 1981-ci ildə “Nakdong River” (낙동강) şeirinin “Daegu Maeil Shinmunun Yeni Yazıçılar Müsabiqəsi” yarışının qalibi olaraq və “Jeon Bong-jun Seula Gedir” (서울로 가는 전봉준) əsərinin 1984-cü ildə Dong-A Ilbo-nun Yeni Yazıçı Müsabiqəsini qazanaraq yoluna başladı.
O, təhsil sahəsində karyerasına 1985-ci ilin fevralında Iri Orta Məktəbində Koreya dili müəllimi kimi başlamışdı, lakin 1989-cu ilin avqustunda Koreya Müəllimlər və Təhsil İşçiləri Həmkarlar İttifaqına (KTU) qoşulduğu üçün Iri Orta Məktəbindəki vəzifəsindən azad edilmişdir. Daha sonra, 1994-cü ilin fevral ayına qədər o, KTU-nun Iri İksan filialında işləmişdi və Kim Jinkyung, Do Jong-hwan, Bae Chang-hwan, Cho Jae-do, Jeong Yeong-sang, Cho Seong-sun və Cho Hyeon-seol ilə birlikdə “Təhsil Yaradıcı Yazılar Cəmiyyəti”nin üzvü kimi fəaliyyət göstərmişdilər. 1994-cü ilin mart ayında o, şimali Jeolla əyalətinin Jangsu əyalətindəki Sanseo Liseyinə transfer olundu, lakin, 1997-ci ilin fevralında müəllimlikdən istefa verərək və yazıçılığa başladı. Daha sonra Dankook Universitetinin Lisansüstü Məktəbində kreativ yazı üzrə magistr və doktorluq dərəcəsi almışdır. O, hazırda Woosuk Universitetində yaradıcı yazı professoru olaraq fəaliyyət göstərir.
An Do Hyeon poeziyası ənənəvi lirik şeirdən ilham alır. Şəxsi təcrübələrini poeziyasının əsası kimi götürməsinə baxmayaraq, millətin və cəmiyyətin reallığını şəxsi müstəvidən də incə həssaslıqla təsvir edən şair kimi görünür. Müxtəlif şeir topluları da nəşr olunmuşdur. Həyatı və tarixi gəncliyin məsumluğu prizmasından lirik şəkildə təsvir edən “Jeon Bong Jun Seula Gedir” (1985); Yalnızlığa və ətrafdakı həyatın reallığına introspeksiyanı ehtiva edən “Modakbul” (Tonqal) (1989); “Girinin You” (Darıxan Tülkü) (1997), zaman və daxili münaqişə ilə bağlı məsələlərdən bəhs edir; və “Badatga Yucheguk” (Dəniz kənarındakı poçt şöbəsi) (1999), dəniz kənarındakı poçt şöbəsi və kənd bərbər dükanı kimi olduqca adi bir şeylə simpatik və romantik bir şəkildə məşğul olur. Onun həmçinin “Badatga Yucheguk” (Dəniz kənarındakı poçt şöbəsi) (2003), “Noege Garyogo Gangil Mandirotda” (Sənə getmək üçün çay etdim) (2004), “Amugotdo Anin Gose Dehayo” (Bir şey haqqında) kitabları da nəşr olunub. Bədii ədəbiyyat üçün o, “Yüksəyə Sıçramağa Cəsarət Edən Qızılbalıq” (1996) kimi əsərlərin müəllifidir. Bu əsər qızılbalığın doğulduğu yerə qayıtmasını böyümə mübarizəsi və sevgisi üçün əziyyətindən bəhs edir.
Do Hyeon aydın poetik təfəkkürə əsaslanaraq romantik duyğuları mükəmməl realizmlə ifadə etmiş şairdir. Onun poeziyası universal və asanlıqla oxuna bilən poetik dillə orijinallıq oyadan aydın lirizm nümayiş etdirməsi səbəbindən oxucuları tərəfindən daima yüksək qiymətləndirilib. Şair əsasən 90-cı illərin əvvəllərinə qədər yoxsulluq içində keçən həyatın kədərindən yazıb. 90-cı illərin sonlarından sonra o, reallığın birbaşa təsvirindən uzaqlaşaraq təbiəti və sadə həyatı araşdırmağa başladı. Onun son şeir kolleksiyaları göstərir ki, bu cür araşdırmalar ona bu cür “əlaqələr” üzərində poetik introspeksiyanı mümkün edən səviyyəyə çatmağa imkan verib.
Şeirləri:
Bir Parça Briket
İnsanlar çox fərqli şeylər desələr də,
Həyat
Briket olmaqdır məmnuniyyətlə
Başqa kimsə üçün
Döşəmə üşüyəndən bahar gələn günədək
Koreya küçələrindəki ən gözəl şey
Təpəyə doğru hərarətlə qalxan yük maşınıdır
Briketlərlə
Sanki öz vəzifəsini bilirmiş kimi,
Sonsuza qədər yanır briket
Cismi bir dəfə alovlanır, amma
Bir az da vəcsiz idim mən
İsti düyü və şorbam olduğu müddətcə.
Bir tənha kül parçasına çevrilməkdən qorxduğum üçün
Başqalarını bütün varlığımla sevdikdən sonra,
Kimsə üçün bir briket olmadım.
Bu haqda fikirləşdikdə,
Həyat
Özümü hissələrə ayırmaqdır.
Heç zaman fikirləşməmişdim
Başqalarının gəzməsi üçün küçəni təmizlədikdə
Yazın əvvəlində dünya sürüşkən qarlı olanda
Qar Dənəcikləri Olsaydıq
Qar dənəcikləri olsaydıq,
Qarla qarışıq olmayaq
Tərəddütlə havada uçuşan
Dünya fırtınalı, dondurucu, və qaranlıq olsa belə
Böyük, rahat qar dənəcəkləri kimi düşək
Ən alt qismə
İnsanların yaşadığı qəsəbəyə
Qara dənəcikləri olsaydıq,
Məktub olardıq
Yuxusuz insanların pəncərələrində
Və yeni dəriyə çevrilərdik
Dərin, qırmızı yaranın üzərini örtən.
Sənə getmək istəyirəm
Səhər günəş doğanda
Mən də parlaq bir insan oluram
Sənə getmək istəyirəm
Səni görmək istəyən qəlbimə səbəbilə
Yağan qar gecə boyunca sona çatdı
Bugün göyüzü də başlanğıc edir
Və mən də yeni pak gün işığına çevrilirəm
Sənə getmək istəyirəm
Uzun zaman sonra pəncərəndə parlayan günəş
Uzun gecə boyunca qaranlıqda üzür
Bunu sənin üçün darıxmağım hesab et
Aşiq olan birindən daha xoşbəxt olan insan
Hətta həsrət duyğusunun hücumuna məruz qalmırlar
Onlar qəlbi qırıq deyillər
Səni düşündüyüm qədər səmimiliklə
Yeni bir gün parlaq şəkildə gəlir
Sənə səmimiyətlə yaxınlaşdığım qədər
Əgər bu dünya daha gözəl ola bilərsə,
Yəni sonunda sən və mən
Tək isim olaraq “biz” kimi çağrıla bilərik
O gün gələrsə
Bahar gələnədək o tarlalardakı qar belə
Bizi örtən isti örtüklərdir
Bunu unutmayacağam.
Sevgi
Təkrar tapa biləcəyin fərqli bir yol deyil
Və özün üçün sahib ola biləcəyin bir şey deyil
Yorğun, incinmiş, və boş həyatımı gətirərək
Sənə getmək istəyirəm
Birlikdə inşa etməli olduğumuz dünya
Bizi onun xaricində buraxan mən
Bütün fəsillər boyu mavi sahəyə çağır məni
Mən də güclü başlı və mehriban qoyun olub
Sənə getmək istəyirəm
Tərcümə olundu:
1. Turə Müzəffəri Həqiqi
2. Aytac Əhmədova
3. Vüqarə Əzizova tərəfindən
References
1. https://ahntranslation.com/2016/01/22/had-we-been-snowflakes/
2. https://twitter.com/ong_supremacist/status/1000626643314995200/photo/1
This article "An Do Hyeon" is from Wikipedia. The list of its authors can be seen in its historical and/or the page Edithistory:An Do Hyeon. Articles copied from Draft Namespace on Wikipedia could be seen on the Draft Namespace of Wikipedia and not main one.
